Müştəri Xidmətləri Departamenti / Mütəxəssis, Baş Mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 29.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MÜŞTƏRİ XİDMƏTLƏRİ DEPARTAMENTİ

Vəzifə: Mütəxəssis, Baş mütəxəssis

AFB Bank Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərləri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali iqtisadi təhsil;
• Yaş həddi 22 – 32;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
• Analitik düşüncə qabiliyyəti;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
• İş təcrübəsi arzuolunandır. 

İŞİN TƏSVİRİ:

• Kredit Sifarişlərinin qəbul olunması;
• Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;
• Kreditlərin rəsmiləşdirilməsi;
• Fiziki və Hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsi;
• Ödəniş kartlarının sifariş edilməsi;
• Müştərilərin cəlb edilməsi;
• Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “MXD mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.