Yarımstansiya üzrə Növbətçi Mühəndis (Qaradağ)

  • Plant
  • Elanın qoyulma tarixi: 29.10.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qaradağ rayonunda yerləşən zavod Yarımstansiya üzrə Növbətçi Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Yarımstansiyanın növbətçi mühəndisi rəhbərliyin  iştirakından asılı olmayaraq əməliyyatın düzgün aparılmasına habelə qəzaların aradan qaldırılmasına, normal sxemin bərpasına nəzarət;
• Növbədə tabeçiliyində olan operativ personalın, normal və qəza  hallarında əməliyyatın düzgün aparılmasına cavabdehlik;
• Yarımstansiyada operativ əməliyyatların təhlükəsizlik qaydalarına uyğun aparılmasının təşkili;
• Yarımstansiyada nizam-intizam qaydalarına əməl olunmasına nəzarət;
• Zavodun fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi.

TƏLƏBLƏR:

• Elektroenergetika sahəsində ali təhsil;
• Tələb olunan sahədə minimum 3 (üç) il iş təcrübəsi;
• Kompüterlə işləmək bacarığı (MS Office, Outlook);
• Müasir SKADA sistemi ilə işləmək bacarığı;
• Nəzarət edə bilmə qabiliyyəti;
• Analitik qabiliyyət;
• Komandada işləmə bacarığı;

Əmək Haqqı: 600 – 700 AZN

Nəqliyyat təmin edilir

Maraqlananlar CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 30.11.2017