Vəzifə: Satış Təmsilçisi
Mr.fix haqqında qısa məlumat
“KARTAŞ LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm tikinti kimyəviləri istehsalçısına çevirmişdir.
Mr.fix adı altında kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.
ƏSAS ÖHDƏLİKLƏRİ:
• Məhsulların satışını və tanıtma işlərini təşkil etmək;
• Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və mənfəət hədəflərinə çatmaq;
• Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
• Müştərilərə gedəcək sənədlərin (kommersiya təklifi, müqavilə və digərləri ) vaxtında hazırlanmasına nəzarət etmək və müştəriyə çatdırmaq;
• Şirkətə yeni müştərilər qazandırmaq;
• Şirkətin keçirdiyi kampaniyalar haqqında müştərilərə ətraflı məlumat vermək;
• Daimi olaraq müştəri ziyarətlərini təşkil etmək;
• Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
• Gündəlik satış hesabatlarını təqdim etmək.
TƏLƏBLƏR:
• 25-35 yaşlarında;
• İnşaat Mühəndisləri Universitetindən məzun (üstünlük veriləcək);
• Satış sahəsində 3 il təcrübəsi olan;
• Regionlara ezamiyyətə çıxa bilən;
• Dəqiq və işinə qarşı məsuliyyətli olan;
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti;
• İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan;
• Ofis proqramı biliyi (Microsoft word, excel);
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
• Rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək;
• B kateqoriya sürücülük vəsiqəsi olan.
Maaş müsahibə zamanı təyin ediləcəkdir.
Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə "Satış təmsilçisi" qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.