Mexanik
Vəzifə öhdəlikləri:
- Mexaniki işlər üzrə olan sistemlərə: su təchizatı sisteminə, su təmizləmə sistemlərinə, qazanxana, soyutma sistemlərinə və oxşar sistemlərə texniki xidmət göstərməlidir.
- Plastik boruların quraşdırılması və qaynaq işlərinin aparılması, metal boruların quraşdırılması həyata keçirməlidir.
- Müxtəlif ölçülü və gücdə olan su nasoslarına gündəlik texniki xidmət və nəzarət etməlidir.
- Quru soyuduculara və çiller sisteminə texniki xidmət və nəzarət etməlidir.
- İstismar zamanı yarana biləcək qəza vəziyyətinin qarşısını almağı və qəza səbəblərini vaxtında və çevik aradan qaldırmağı bacarmalıdır.
- Mexaniki avadanlıqlar və qurğularda yarana biləcək müəyyən təmir işlərini həyata keçirməyi bacarmalıdır.
- Mexanika işlərini təyin olunmuş qrafiklərə uyğun aparmalı, görülən işlərin sənədləşməsini həyata keçirməlidir.
- Şirkətin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına riayət etməlidir.
Tələblər:
- Müvafiq sahədə minimum 3 il iş ştajı.
- Müvafiq sahədə Ali təhsil.
- Soyutma sistemləri haqqında ətraflı biliklər.
- Su təmizləmə sistemləri ilə iş təcrübəsi.
- Rus və ya ingilis dilini yaxşı bilməlidir.
- Office proqramlarında işləməyi bacarmalıdır.
İş şəraiti:
- Növbəli iş rejimi.
- İş yeri Sumqayıt şəhərində yerləşir.
- Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır.
Əmək haqqı 1000-1200 AZN
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.
Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.