SOCAR-AQŞ MMC sürətlə inkişaf edən, inteqrə olunmuş qazma və quyu xidmətlərini həyata keçirən müəssisədir.
Müəssisəmiz Xəzər regionunda və beynəlxalq miqyasda quruda və dənizdə əməliyyatlarını davamlı olaraq genişləndirir.
SOCAR-AQŞ MMC yüksək STTƏMM və beynəlxalq neft sənayesinin texnoloji standartlarına əsaslanaraq dünya miqyaslı quyu qazma xidmətlərini həyata keçirən müasir müəssisə olmağı qarşıya məqsəd qoyur.
Müəssisə 2009-cu ildən İADC-nin (Qazma Podratçılarının Beynəlxalq Assosiyası) üzvüdür.
SOCAR-AQŞ MMC 17 dekabr 2009-cu il tarixində ISO 9001:2008, ISO 14001:2004, OHSAS 18001:2007 sertifikatları və 23 may 2017-ci il tarixində API Spec Q2 sertifikatı ilə təltif olunmuşdur.
SOCAR-AQŞ MMC aşağıda qeyd edilən vakant vəzifələr üzrə nümunəvi STTƏMM davranışı və yüksək biznes etikası nümayiş etdirə biləcək motivasiyalı və peşəkar namizədlərin axtarışındadır. Vakant vəzifələr və hər bir vəzifə üzrə ümumi tələblər aşağıdakı siyahıda qeyd edilmişdir:
Mühəndis-elektrik
Müvafiq ali təhsil;
Müvafiq təcrübə: ən azı 2 il;
İnglis dili (Orta səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Qazma elektriki
Müvafiq ali təhsil;
Müvafiq təcrübə: ən azı 2 il;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Birinci qazmaçı köməkçisi
Orta təhsil;
Müvafiq təcrübə: ən azı 1 il;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Yuxarı qüllə işçisi
Orta təhsil;
Müvafiq təcrübə: ən azı 1 il;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Dənizdə takelajçı
Orta təhsil;
Təcrübə tələb olunmur;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Qazmaçı köməkçisi
Orta təhsil;
Müvafiq təcrübə: ən azı 1 il;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Dənizdə yardımçı fəhlə
Orta təhsil;
Təcrübə tələb olunmur;
Komandada işləmək bacarığı;
İnglis dili (Başlanğıc səviyyə).
Qazma avadanlıqları üzrə çilingər
Müvafiq peşə-ixtisas təhsili;
Təcrübə tələb olunmur;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Motorçu
Müvafiq peşə-ixtisas təhsili;
Müvafiq təcrübə: ən azı 1 il;
İnglis dili (Başlanğıc səviyyə);
Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point, Microsoft Outlook).
Dənizdə qaynaqçı
Müvafiq peşə-ixtisas təhsili;
Təcrübə tələb olunmur;
İnglis dili (Başlanğıc səviyyə);
Tornaçı
Müvafiq peşə-ixtisas təhsili;
Təcrübə tələb olunmur;
İnglis dili (Başlanğıc səviyyə);
SOCAR-AQŞ MMC Sizə təhlükəsiz və stimullaşdırıcı iş mühiti, yüksək rəqabətli kompensasiya paketi, təlim və peşəkar inkişaf imkanları və karyera pilləsində sürətli irəliləmə fürsətləri təklif edir.
Maraqlanan namizədlər öz ərizə formalarını və müşayiət məktublarını elektron poçt vasitəsilə [email protected] ünvanına 29 sentyabr 2017-ci il tarixinədək göndərə bilərlər. Zəhmət olmasa, mövzu başlıq hissəsində müraciət etdiyiniz vəzifənin adını (Məsələn: “Qazmaçı köməkçisi”) aydın şəkildə qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
SOCAR-AQŞ MMC hər kəsə bərabər iş imkanları yaradan müəssisədir.