"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vəzifə: Kadrlar üzrə şöbə müdiri
Namizədə dair tələblər:
- İnsan Resursları sahəsində ən az 4-5 il, rəhbər işçi kimi ən az 2-3 il iş təcrübəsi;
- Ali təhsil;
- Hər növ kadr hesabatlarını hazırlamaq və İnsan Resursları sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
- A.R. Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır);
- MS Office, 1C 8.2, 8.3;
- Təşəbbüskar, analitik və obyektiv olmaq;
- Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
Vəzifələr:
- Şirkətin zəruri kadr potensialı kadrlarının sənədlərini komplektləşdirmək;
- Şöbənin fəaliyyətinə aid olan hesabatları hazırlamaq və departament rəhbərinə təqdim etmək;
- İşə qəbul zamanı işçilərdən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş sənədləri toplamaqla onları ayrı-ayrı qovluqda saxlamaq;
- Şirkət üzrə verilən bütün əmr, sərəncam və göstərişlərin uçotunu hazırlamaq, onların müvafiq kitablarda qeydiyyatını və uçotunu aparmaq;
- Əmr, sərəncam və göstərişlərin layihələrinin hazırlanması zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək;
- Kadrların işə qəbulunu, başqa işə keçirilmələri və işdən azad edilmələrinin vaxtında və lazımı qaydada sənədləşdirilməsini təmin etmək;
- Kadrların əmək fəaliyyəti ilə bağlı tələb olunan arayış və digər sənədlərin verilməsini təmin etmək;
- Əmək kitabçalarının uçotunu aparmaq, onların vaxtlı-vaxtında və əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasını təmin etmək;
- Kadr sənədlərinin və əmək kitabçalarının qorunub saxlanılmasını təmin etmək;
- Kadr hesabatlarını tələb olunan səviyyədə hazırlamaq və onları vaxtında müvafiq dövlət orqanlarına təqdim etmək;
- Elektron bildirişlərin vurulması;
- İşin təkmilləşməsi üçün təkliflər vermək;
- Departament rəhbəri tərəfindən verilən digər tapşırıqların vaxtında icra edilməsini təmin etmək;
İş şərtləri:
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə, danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 18.10.2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən ana dilində olmaq şərtilə öz CV-lərini mövzu yerində (subject) “Kadrlar üzrə şöbə müdiri” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.