Kabel zavodu, Texnologiyalar şöbəsi, Mühəndis-texnoloq
Vəzifə öhdəlikləri:
• Mühəndis-texnoloq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını təşkil edir;
• Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
• Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
• Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirdir;
• Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
• Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edir;
• Müəssisələrin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanmasını təşkil edir;
• İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
• Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri orta səviyyədə olması arzuolunandır;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı olmalı;
• Müəssisədə məhsul istehsalının texnologiyası, layihənin sistem və metodları, müəssisə sahələrində istehsalın texnoloji hazırlığının təşkilini bilməli;
• Texniki sənədləşməni işləyib hazırlmaq və rəsmiləşdirmək üçün lazım olan təlimat, əsasnamə və digər rəhbər materiallar barədə məlumatlı olmalı.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında
• Müəssisə tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə
Email: [email protected]