Filiallara nəzarət üzrə Mütəxəssis

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Filiallara nəzarət üzrə Mütəxəssis

Namizədə dair tələblər:

• Dil bilikləri: Azərbaycan, Rus
• 1C mühasibat proqramında işləmə bacarığı;
• MS Office (Word, Excel, Outlook)
• İqtisadiyyat üzrə ali təhsili olanlara üstünlük verilir
• Sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Yaş həddi 24-35;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• İşlə bağlı ölkə daxilində ezamiyyəyə getməyə hazır olmaq.
• Sürücülük vəsiqəsi; maşını olanlara üstünlük verilir
• Sənədləri yoxlama və təftiş etmə üsulları
• Kişi namizədlərə üstünlük verilir.

Vəzifələr

• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;
• Qiymətlərin düzgün qoyulmasını və qiymət qablarının yerində olmasını yoxlamaq;
• Davamiyyətə nəzarət;
• İşçilərin xarici görünüşə və geyiminə nəzarət;
• İnventarların vəziyyətini yoxlamaq;
• Vitrinlərin cari vəziyyətini yoxlamaq ;
• Vitrin boşluğu və malın düzülüş qaydasını yoxlamaq.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 18/09/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Filiallara nəzarət üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating