İşəgötürən: Ramco MMC
Vəzifə: Tender üzrə Mütəxəssis
Əmək haqqı: 800-1000
Tələblər:
- Ali təhsil(texniki ve iqtisadi sahələrə üstünlük verilir);
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- İngilis və Rus dillərini bilməlidir;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir;
- Yaş: 25-35 arası;
- Sənədlər toplusunun hazırlanma qaydalarını bilməlidir;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Komandada işləmək bacarığına sahib olmalıdır;
- İstehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.
İşin təsviri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
- Tender prosesində şirkətin təmsil olunması;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00-16:00
İş yeri Xırdalanda yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Tender üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.