Biz artıq 10 ildən çoxdur ki, Azərbaycanın ev məhsulları sənayesində dinamik şəkildə çalışırıq. Şirkətin profili “Ev Tekstili”, “Qab-qacaq”, “Dekorasiya və İnteryer Dizayn”, “Ev sahibi üçün köşə” bu istehsal xətləri ilə müəyyən olunur ki, bu da bizi ev mağazası formatında şəbəkə kimi təsvir edir.
Evimiz komandası fəal və cəsarətli insanlardır. İnsanların öz evində xoşbəxt yaşaması olan əsas ehtiyacları müəyyən etmək üçün böyük bir əzmlə çalışırıq. Buna görə də mağazamızdan alış-veriş zamanı maraqlı məhsullar, münasib qiymətlər və xoş münasibət gözləyə bilərsiniz.
Vəzifə: Korporativ Satış üzrə Menecer
Öhdəliklər:
• B2B kanalında yeni biznes imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək;
• Şirkət rəhbərliyi/əməkdaşlar ilə birlikdə heyətin tərkib hissəsi kimi şirkətin məhsuldarlığının artırılmasında aktiv rol oynamaq;
• B2B kanalında yeni biznes imkanalarının müəyyən edilib inkişaf etdirilməsi vasitəsilə yeni və mövcud müştərilərə Evimiz məhsullarının çeşidlərini təbliğ etmək;
• Korporativ müştərilərin ehtiyaclarını araşdırılıb müəyyənləşdirmək, onlarla olan əlaqələri inkişaf etdirmək və idarə olunması məqsədilə yüksək səviyyəli xidmət yaratmaq;
• Yeni biznes ideyalarına təkliflərlər yanaşmaq;
• Korporativ satış və müştəri bazasının idarə etmək və saxlamaq;
• Əsas müştərilər üçün müvafiq informasiyanın əks olunduğu təklifləri yaratmaq;
• Korporativ müştərilərlərlə daim ünsiyyətdə olaraq sövdələşmədən əvvəl və sonra müsbət düşüncədə olmasından əmin olmaq;
• Əməliyyatların səmərəli formada həyata keçirilməsi məhsulun mövcudluğu, saxlanılması, nəql edilməsi və satışdan sonrakı xidmət baxımından anbar meneceri ilə sıx əməkdaşlıq etmək;
• Əsas müştərilər üçün zəruri təbliğat və maarifləndirmə kampaniyalarının təşkil etmək üçün Satış və Marketinq meneceri ilə sıx əməkdaşlıq etmək;
• Rəhbərlik tərəfindən tərin edilmiş digər tapşırıqları icra etmək
Namizədə tələblər:
• Ali təhsil;
• Satış sahəsindən minimum 3 illik təcrübə;
• Satış və Təqdimat üzrə bacarıqlar;
• Müştəri əlaqələrin idarə edilməsi sahəsində müvafiq təcrübə;
• Bazar araşdırılması üçün müəyyən bilikləri
QEYD: Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4317