Kateqoriya üzrə Satış Meneceri

  • Evimiz
  • Elanın qoyulma tarixi: 13.07.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz artıq 10 ildən çoxdur ki, Azərbaycanın ev məhsulları sənayesində dinamik şəkildə çalışırıq. Şirkətin profili “Ev Tekstili”, “Qab-qacaq”, “Dekorasiya və İnteryer Dizayn”, “Ev sahibi üçün köşə” bu istehsal xətləri ilə müəyyən olunur ki, bu da bizi ev mağazası formatında şəbəkə kimi təsvir edir.

Evimiz komandası fəal və cəsarətli insanlardır. İnsanların öz evində xoşbəxt yaşaması olan əsas ehtiyacları müəyyən etmək üçün böyük bir əzmlə çalışırıq. Buna görə də mağazamızdan alış-veriş zamanı maraqlı məhsullar, münasib qiymətlər və xoş münasibət gözləyə bilərsiniz.

Vəzifə: Kateqoriya üzrə Satış Meneceri

Öhdəlikləri:

• Aylıq, mövsumi və illik əsasda müxtəlif kateqoriyalı məhsullar üçün satış hədəflərinə nail olmaq;
• Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemlərinin(CRM) idarə edilməsi və satış sonrası müştərilərlə əlaqə saxlamaq;
• Müvafiq məhsul üçün nəzarət etmək;
• Müvafiq məhsulun anbarına nəzarət etmək;
• Satış nümayəndələri və məsləhətçiləri ilə müvafiq məhsul üzrə daim ünsiyyətdə olmaq;
• Evimiz şirkətinin bütün əməkdaşlarının daxili qayda, prosedur, korporativ geyim qaydalarına əməl etməsinə nəzarət etmək;
• İşçilərin “Satış Texnikası”, “Müştəri Xidmətləri”, “Məhsul haqqında İnformasiya” kimi təlimlərdə vaxtında iştirak etməsindən və lazımi məlumatları öyrənilməsindən əmin olmaq;
• Yüksək səviyyəli müştəri xidmətinin təmin etmək;
• Satınalma Mütəxəssisi ilə sıx əməkdaşlıq etmək və istelakçıların tələbatına cavab verən məhsulların mövcud olmasından əmin olmaq;
• Məhsulların markalanması prosesinin sürətlə həyata keçirilməsi və yeni məhsulların qəbul etmək;
• Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icra etmək.

Namizəddə tələblər:

• Ali təhsil;
• Satış sahəsindən minimum 3 illik təcrübə;
• Satış və Təqdimat üzrə bacarıqlar;
• Müştəri əlaqələrin idarə edilməsi sahəsində müvafiq təcrübə;
• Bazar araşdırılması üçün müəyyən bilikləri;
• Dil bilikləri: Azərbaycan və Rus.

QEYD: Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4318