"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Çağrı Mərkəzinin Operatoru
Vakansiya aktiv olan regionlar: Bakı
Tələblər:
• Təhsil: Ali və ya orta
• Azərbaycan və rus dillərini səlis bilməli
• Kompüterlə sərbəst iş bacarığı
• Ofis proqramlarında işləmək bacarığı
• Problemləri sərbəst, müstəqil həll etmə bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Kollektivlə işləmək bacarığı
Əsas vəzifələr:
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Müştəri xidmətlərinin salahiyyətləri çərçivəsində abonentlərə yüksək səviyyəli xidmət göstərmək;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;
• Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil vermək
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş saatları 09:00-18:00, həftədə 6 iş günü
• İş yeri: Əhmədli Servis Mərkəzi (M.Rüstəmov küçəsi)
• Əmək haqqı: 300 AZN
• Karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzinin Operatoru” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyaya son müraciət tarixi: 30.07.2017