Ofis Meneceri

İşin təsviri

“ABB” ASC Filial şəbəkələrinə Ofis Meneceri vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
 Filialın, filial daxili otaqların və  ətraf ərazilərinin səliqə və təmizliyinə ümumi nəzarət edilməsi;
 Filialın daxili təchizat-təminat məsələlərinin idarəedilməsi.
 İclasların təşkilinin həyata keçirilməsi;
 Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət etmək;
 Müştəriləri nəzakətli qarşılamaq, onların ilkin tələbatlarını öyrənmək və növbə sistemi mövcud olan MXS-lərdə e-növbə vasitəsilə, e - növbə mövcud olmadığı halda növbəni canlı idarə edərək xidmət göstərən əməkdaşlara  istiqamətləndirmək;
 Müştəri axınını idarə etmək: müştərilərə növbənin elektron idarədilməsi sistemindən düzgün   istifadəsində və xidmətin düzgün seçilməsində yardım göstərmək, sistemin  olmadığı halda müştərini müvafiq əməkdaşlara yönəltmək;
 Hər iş günü işçilərin işə davamiyyət tabellərinin doldurulmasına nəzarət edilməsi və müəyyən edilmiş vaxta qədər müvafiq struktur bölməyə təqdim edilməsi.

Davranış səriştələri:

 Komandada işləmə qabiliyyəti.
 Gərgin əmək şəraitində işləmə qabiliyyəti.
 Müştərilərlə münasibətdə nəzakət nümayiş etdirmək və ünsiyyət qurmaq qabiliyyəti.
 Peşəkar, məsuliyyətli, diqqətli olmaq.

Vakant vəzifə üzrə tələblər:

 Ali və ya natamam ali təhsil.
 Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilməsi.
 Kompüterdə iş bacarığı – MS Office proqramları
 Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləmək və yüksək səviyyədə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis Meneceri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az