Layihə Meneceri Asistenti (Project Manager Assistant)

  • Konsis
  • Elanın qoyulma tarixi: 25.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə Meneceri Asistenti (Project Manager Assistant)

Diqqət: Növbəti səhifələrdə bu iş haqqında ətraflı məlumat verilmişdir. Vəzifə öhdəlikləri və tələbləri diqqətlə oxumağınız xahiş olunur. Əgər bu iş sizə uyğun deyilsə, xahiş olunur əvvəlcədən bildirəsiniz, və belə halda digər mərhələlərdə iştirak etməyinizə ehtiyac yoxdur.

İşin təsviri

Layihə Meneceri Assistenti Konsis şirkətində başlanğıc pozisiyalardan biridir. Layihə menecerlərinə hesabat verir. Məqsəd assistent vəzifəni iki ilə yaxın bir müddətdə tamamlayaraq, layihə meneceri vəzifəsinə yüksəlməkdir. Belə olduqda əlavə qazanc və faydalar əldə etmək şansınız olacaq.

Konsis şirkəti 2006-cı ildə qurulmuşdur və aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:

1) Tərcümə
2) Tədbirlərin təşkili
3) Konfrans avadanlığının icarəsi

Layihə menecerləri öz müştəri portfelinə sahibdir və müştərilərinin yuxarıdakı iş sahələri üzrə olan işlərini icra edərkən, assistentlər menecerlərə kömək edir. Bunu edərkən birbaşa müştəri ilə də ünsiyyət saxlamaq ehtiyacı yarana bilər. Bu da gələcəkdə müştəri ilə birbaşa işləməyə sizi hazırlayır.

Öhdəliklər

CRM (müştəri bazası) sistemində işləmək
Hesabat sistemində işləmək
Müştərilər ilə telefonda, email ilə, vəya üzbəüz ünsiyyətdə olmaq
Layihə menecerlərinə dəstək olmaq
Tədbirlərdə registrasiya və administrativ işlərdə işləmək

Tələblər

Yüksək səviyyədə özünü təqdim etmə və kommunikasiya bacarığı
Kompüterdə işləmək bacarığı (Word, Excel)
Azərbaycan, Rus və İngilis dillərini təmiz bilmək, bu dillərdə yazışmaların aparılması.
Planlaşdırma, təşkilatçılıq və öz vaxtından səmərəli istifadə etmək bacarığı
Tapşırıqların düzgün yerinə yetirilməsi, praktiklik və inisiativ göstərmə bacarığı

Maaş: 500 AZN

Şirkət tərəfindən əlavə təmin edilir:

Mobil telefon, korporativ Azercell nömrə, Komputer, işgüzar məqsədli nəqliyyat

E-mail: [email protected]

site.company_rating