Vəzifə adı: Aparıcı Proqramçı
İş şəraiti və əmək haqqı:
1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4.İş rejimi: Həftənin 5 günü, 6-cı gün natamam iş günü
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Ən azı 2 il iş təcrübəsi;
• Proqram dilləri üzrə əla bilik səviyyəsi: C#, .NET, ASP.NET, MVC, HTML5, JavaScript;
• Proqram dilləri üzrə yaxşı bilik səviyyəsi: JQuery, JSON, XML, PHP, Java, CSS;
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• RDBMS, SQL bilikləri;
• Proqramlaşdırma (C#, .NET) və alqoritm qurma bacarığı;
• Analitik və alqoritmik düşünmə qabiliyyəti;
• Başqasının proqram kodunu anlamaq qabiliyyəti;
• Effektiv və yaxşı strukturlu proqram kodu yazma qabiliyyəti;
• Oxumaq, öyrənmək qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
Vəzifə öhdəlikləri:
• Sistemin hazırlanması və genişləndirilməsi üçün proqram kod yazılımı;
• İnterfeyslərin hazırlanması (API) və xarici servislərlə əlaqədar işlənməsi;
• Verilənlər Bazası (DB) və WEB Servislərlə işləmə;
• Yazılan servislərin analizi, müşayiət olunması və xətaların aradan qaldırılması;
• Sistemin tətbiqi, genişləndirilməsi və təhlükəsizliyin təmini;
• Ödəmə sisteminə yeni xidmətlərin qoşulması.
• Cari qoşulmuş xidmətlərin təkmilləşdirilməsi və optimizasiyası.
• Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Web API və Mobile API işləmələri.
• Ödəmə sisteminin analizi və problemlərin həlli
• Terminal interfeysinin tərtibi və işə salınması
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz. Göndərilən CV lər mütləq şəkillə olmalı və mövzu adı yerində “Aparıcı Proqramçı“ yazılmalıdır.