Satış Təmsilçisi
Yeni qurulmuş geyim şirkətinə (kişi və qadın paltarları) satış təmsilçisi tələb olunur.
Tələblər
- Məhsul haqqında informasiyanı, məhsulun keyfiyyəti və üstünlükləri barədə informasiyanı potensial müştərilərə çatdıra bilmək qabiliyyəti
- Ünsiyyətcil, gülərüz və müştərilərlə ortaq dil tapmaq qabiliyyəti
- Təcrübəli, məsuliyyətli və işə ciddi yanaşan 22-35 yaşlarında bey/xanım namizədlər
İş barədə məlumat
Uğurlu namizəd vaxtının çox hissəsini müştəri axtarışında, məhsulu reklam etmək və satışını təmin etməklə keçirdəcək və rəhbərliyə marşrutu, sifarişləri barədə mütəmadə məlumat verəcək. Məhsulun topdan və pərakəndə satışını təmin edəcək. Müraciət edən namizədlər rəhbərlik tərəfindən müsahibə olunacaq və işə götürülərkən namizədlə əmək müqaviləsi bağlanacaq.
Əmək haqq- razılaşma əsasında təyin olunacaq (əmək haqqı + satışdan faiz)
Maraqlanan şəxslərin 050 715 25 05 telefon nomrəsi ile 09:00 dan 21:00-dək əlaqə saxlaması xahiş olunur.