Kredit sahəsində müxtəlif vakansiyalar

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Kredit Mütəxəssisi 

Bölgə: Bakı, Şəki, Mingəçevir, Qəbələ, Ağdaş, Tovuz, Kürdəmir, Salyan, İmişli, Sabirabad, Cəlilabad

Departament: Kredit Departamenti

Təhsil
• İqtisad yönümlü ali təhsil.
Təcrübə
• Kredit sahəsində minimum 1 il iş təcrübəsi olması vacibdir.
Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dilini yaxşı bilməlidir (rus dilini bilənlərə üstünlükdür),
• MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə istifadə edə bilməlidir.
• 1C (8.2, 8.3) proqramını istifadə edə bilməlidir.
İdarə etmə səriştələri:
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalıdır.

Vəzifə: Aparıcı kredit mütəxəssisi / Baş kredit mütəxəssisi 

Bölgə: Bakı

Departament: Kredit Departamenti

Təhsil
• İqtisad yönümlü ali təhsil.
Təcrübə
• Kredit sahəsində 3-5 il iş təcrübəsi olması vacibdir.
Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dilini və rus dilini yaxşı bilməli,
• MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə istifadə edə bilməlidir.
• 1C (8.2, 8.3) proqramını istifadə edə bilməlidir.
İdarə etmə səriştələri:
• Komanda idarə etmə bacarığı, analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti, yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Müraciət üçün son tarix: 24/05/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Kredit mütəxəssisi”, “Aparıcı kredit mütəxəssisi / Baş kredit mütəxəssisi” vəzifə adlarından hər hansı birini qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating