Mağaza İnzibatçısı (Bölgələr)

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Mağaza İnzibatçısı

Bölgə: Gəncə, Şəki, Mingəçevir, Tovuz, Qəbələ, Ağdaş, Salyan, İmişli, Kürdəmir, Cəlilabad, Sabirabad

Departament / şöbə: Satış Departamenti

Əsas vəzifə və öhdəliklər

• Mağazada gün ərzində həyata keçirilən əməliyyatların sistemə vaxtında və düzgün daxil edilməsinə, həmçinin müştərilərin onlara çatacaq sənəd nümunələri ilə vaxtında təmin olunmasına nəzarət edilməsi;
• Mağazaya təqdim olunmuş inventarların və proqram təminatının daim işlək vəziyyətdə olmasını, onlardan təhlükəsiz, düzgün və səmərəli şəkildə istifadə olunmasının təmin edilməsi;
• Mağazaya mal qəbulu və çıxışına bilavasitə nəzarət edilməsi;
• Satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi;
• İşçilərin davamiyyətinə nəzarət edilməsi;
• Hər iş günün əvvəlində və sonunda kredit mütəxəssisi və/vəya xəzinədarın iştirakı ilə kassa qalıqlarını yoxlayır və hesabatların düzgünlüyünü təsdiq edilməsi;
• Mağazanın işçi heyəti arasında iş bölgüsünü, iş və istirahət saatlarının bölgüsünün aparılması və icrasına nəzarət edilməsi;
• Mağaza satışlarının artırılması məqsədilə müxtəlif proqram və layihələrin hazırlanması, onların müzakirə üçün departamentə təqdim edilməsi;
• Şirkətin satış strategiyasının hazırlanmasında fəal iştirak edilməsi;
• Rəhbərlik etdiyi mağazanın idarə olunması ilə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

Namizədə dair tələblər

• Ali təhsil;
• 25-40 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi (Pərakəndə ticarət şirkətlərində müvafiq vəzifədə təcrübəsi olanlara üstünlük veriləcək) olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Korporativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
• MS Office (xüsusilə MS Word, MS Excel, MS Outlook) proqramları və 1 C proqramı üzrə qabaqcıl istifadə biliyi olmalı;
• Azərbaycan, rus və türk dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 21/05/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Mağaza inzibatçısı” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating