"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə
"Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bölgə: Bakı
Vəzifə: Təftiş üzrə mütəxəssis
Departament / şöbə: Təftiş şöbəsi
Təhsil
• Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və digər oxşar fakültə).
Təcrübə
• Təftiş sahəsində ən azı 1 il təcrübəsi olmalıdır.
Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dilini əla bilməli;
• MS Office (xüsusilə MS Excel) əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C 8.3 proqramı üzrə işləyə bilməli;
• Barkod cihazı ilə işləyə bilməli;
• Ezamiyyətlərə getmək imkanı olmalıdır.
İdarə etmə səriştələri:
• Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti olmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 11/05/2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Təftiş üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.