Monitorinq üzrə Mütəxəssis

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Region: Bakı

Vəzifə: Monitorinq üzrə Mütəxəssis

Departament / şöbə: Monitorinq şöbəsi

Əsas vəzifə və öhdəliklər

• Monitorinq sənədlərini tərtib etmək;
• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.

Namizədə dair tələblər

• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil; 
• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 10/05/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Monitorinq üzrə Mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating