Logistika üzrə Koordinator

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Logistika üzrə Koordinator

Departament / şöbə: Anbar

Namizədə dair tələblər

• Ali təhsil (texniki istiqamətində olanlara üstünlük veriləcək);
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalıdır;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir;
• 1 C 8.3 proqramını yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Bakı şəhərinin xəritəsi üzrə əraziləri yaxşı tanımalı;
• Kolektivlə işləməyi bacarmalıdır;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;

• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix:  03/05/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Logistika üzrə Koordinator” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating