"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vəzifə: Maliyyə Nəzarəti / Təftiş üzrə Mütəxəssis
Departament / şöbə: Maliyyə nəzarəti şöbəsi
Təhsil
• İqtisadi ali təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə).
Təcrübə
• Maliyyə nəzarəti / təftiş sahəsində ən azı 1 il təcrübəsi olmalıdır.
Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dilini əla bilməli;
• MS Office - Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C proqramı üzrə işləyə bilməli;
• Barkod cihazı ilə işləyə bilənlərə üstünlük veriləcəkdir;
• Ezamiyyətlərə getmək imkanı olmalıdır.
İdarəetmə səriştələri:
• Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti olmalıdır.
İş şərtləri
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
Müraciət üçün son tarix: 03/04/2017
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Maliyyə nəzarəti / təftiş üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.