Servis Filial Müdiri (Sumqayıt)

İşin təsviri

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Servis Filial Müdiri

Region: Sumqayıt

Departament / şöbə: Servis Departamenti

Namizədə dair tələblər

• Ali təhsil (texniki sahələrdə); 
• MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
• Müvafiq sahədə 1-3 il iş təcrübəsi olmalıdır;
• Məsuliyyətli və diqqətli olmalıdır;
• Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
• Azərbaycan, Rus və Türk dillərini yaxşı səviyyədə bilməlidir.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 24/03/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Servis Filial Müdiri” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

site.company_rating