Təlim üzrə Mütəxəssis

İşin təsviri

Təlim üzrə Mütəxəssis

Öhdəliklər:

•         Satış komandası üçün şirkətdaxili təlimlərin keçirilməsi;
•         Təlimin səmərəliliyinin qiymətləndirilməsi;
•         Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
•         Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
•         Fəaliyyətin qiymətləndirilməsinə baxışın həyata keçirilməsi üçün, funksional rəhbərlərə köməkliyin göstərilməsi;
•         Peşəkar inkişaf proqramları və strategiyalarının səmərəli inkişafının təmin edilməsi üçün, bütün dövri fəaliyyətlərin nəzərdən keçirilməsi;
•         Korporativ təlim konsepsiyasının yaradılmasının təşkil edilməsi;  

Tələblər:

•          Ali təhsilin olması;
•          Təlim keçmək üzrə təcrübəyə malik olması;
•          Səlis danışıq qabiliyyəti;
•          Güclü ünsiyyət bacarıqlarının olması;
•          Təlimlərdə istifadə edilən avadanlıqlarla işləmək bacarığı;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı göstərilmiş keçiddən Anket məlumatlarınızı yazmağınız xahiş olunur:
http://hr.gilanholding.com/v/3232