Məhsul portfelinin idarə edilməsi şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

İşin təsviri

Şirkət: Göygöl Şərab Zavodu ASC

İdarə: Marketinq və satış idarəsi

Şöbə:  Məhsul portfelinin idarə edilməsi şöbəsi Vəzifə: Məhsul portfelinin idarə edilməsi şöbəsinin rəhbəri və ya baş mütəxəssisi 

Tabeçilik:  Marketinq və satış idarəsinin rəhbəri

Məhsul portfelinin idarə edilməsi şöbəsinin rəhbəri və ya baş Mütəxəssisi

• Marketinq araşdırmaları istiqaməti ilə birgə bazarın seqmentlərə bölünməsi üçün araşdırmaların keçirir. Araşdırmalar son istehlakçıların klaster (cluster) analizləri və müştərilərin alış proformalarının (buying proforma) yaradılması;
• Seqmentlərin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
• Məhsul portfelinin təhlili üçün tələb olunan Marketinq informasiya sisteminin qurulması;
• Yeni məhsul konseptlərinin hazırlanması və təkliflərin marketinq şöbəsinin rəhbərinə göndərilməsi;
• Məhsulların müştəri ehtiyyaclarına görə paketlənməsi üzrə marketinq təkliflərinin hazırlanması;
• Topdansatıcılar, şadlıq evləri, mağazalarla görüşərək onların alış proformalarını tərtib edir və məhsulları satışını artırmaq üçün müvafiq təkliflər verir. 
• Mövcud məhsullar üzrə fokus qrupların keçirilməsi, problemlərin müəyyənləşdirilməsi və təkliflərin marketinq şöbəsinin rəhbərinə təqdim edilməsi;
• Yeni məhsul konseptlərinin hazırlanması prosesində, konseptin sınağının təşkili habelə, fokusqruplar üzrə problemin qoyuluşu;
• Məhsulun kommersiyalaşdırma prosesi üçün Marketinq və Satışın təşkili rəhbəri ilə birgə marketinq planların hazırlanması;
• Məhsul portfelini idarə emtək, BCG matrisləri üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi və marketinq şöbəsinin rəhbərinə hesabatların təqdim edilməsi;
• Marketlərdən satış hesabatlarının alınması, BCG matrislərin qurulması, rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi;
• GAP analizləri üzrə hesabatların təqdim edilməsi və məhsulların düzgün mövqeləşmə siyasətinin hazırlanması, araşdırma şirkətlərinin köməkliyi ilə bazar araşdırmalarının təşkili
• Yeni məhsulların yaradılması, tərtibat elementlərin hazırlanması üzrə layihələrin kordinasiya edilməsi və layihələrə rəhbərlik edilməsi

Tələblər:

• Marketinq ixtisası üzrə təhsilinin olması (Xarici universitetlərin məzunlarına daha çox üstünlük verilir);
• Müvafiq sahədə 2 ildən artıq təcrübənin olması;
• Marketinq planların hazırlanması üzrə sertifikasiyadan keçməsi və ya köhnə iş təcrübəsinə bağlı olaraq müvafiq planların təqdim edilməsi;
• Seqmentləşdirmə və mövqeləşdirmə strategiyaları üzrə təcrübəsinin olması;
• Məhsul portfelinin idarə edilməsi üzrə təcrübəsinin olması;
• Rus və ingilis dilində danışmaq, yazmaq bacarıqlarının olması

E-mail: [email protected]