Vəzifə: Əməliyyat Meneceri
Şirkət: Ayma Alyans QSC (Sinteks Şirkətlər Qrupu)
Sahə: Xidmət
Əsas vəzifə öhdəlikləri:
• Dükanın/restoranın, dükan müdirinin və bütün işçilərin iş cədvəllərinə dəqiqliklə riayət olunmasına nəzarət etmək (müdir tərəfindən imzalanmış cədvəllər dükanda görünən yerdə asılmalıdır).
• Bütün dükanların Brend standartlarına uyğun olaraq işləməsini təmin etmək və hər bir məntəqə (barista, kassir, ərzaq) üçün meyarları müəyyən etmək.
• Dükanlarda təyin olunmuş nəzarət siyahılarına/ Dükanın Təftişi haqqında Hesabata/ Qrafiklərə uyğun olaraq gündəlik təftiş olunmasını təmin etmək.
• Dükanın bütün sənədlərinin (təchizatçılar, nağd yolla ödənilən məhsullar, maliyyə şöbəsinə verilən hesabatlar) düzgün olmasını təmin etmək.
• Hər bir dükanda ehtiyatların vaxtlı-vaxtında yoxlanılmasını təmin etmək.
• Yeni gətirilən məhsulların bütün dükanlara çatdırılmasını təmin etmək (alınan məhsulların dəqiq miqdarı menecerlərin imzaları ilə təsdiq edilir).
• Hər bir dükan üçün aylıq/ mövsümi/ illik əsasda satış hədəflərinə nail olunmasını təmin etmək.
• Hər bir dükanda işləyən işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin etmək.
• Bütün işçi heyətin “Satışın texniki üsulları”, “Müştəri xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərindən vaxtlı-vaxtında keçməsini.
• Hər bir dükanda müştəri xidmətlərinin yüksək standartlara uyğun olmasını təmin etmək.
• Rəhbərliyin göstərişi əsasında anbarlardan dükan anbarlarına malların göndərilməsi prosesində iştirak etmək.
• Əsas anbarlara mal qəbul olunduqda, malların qəbulunda və düzgün formada yığılmasında iştirak etmək.
• Müdiriyyətin və birbaşa rəhbərin bilavasitə əlaqəli digər göstərişlərinin icra edir.
Tələblər:
• 27-40 yaş həddi ,
• Minimum 3 il qida sahəsi üzrə idarəetmədə iş təcrübəsi
• Komputer bilikləri - MS office
• Azərbaycan, rus və ingilis dilini bilməli
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Əməliyyat Meneceri” qeyd etməklə göndərə bilərlər.