Baş Mühasib

İşin təsviri

Ayma Alyans

Vəzifə: Baş Mühasib

Şirkət: Ayma Alyans QSC (Sinteks Şirkətlər Qrupu)

Sahə: Xidmət

Əsas vəzifə öhdəlikləri:

Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
mühasibat  hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkili.
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtibi.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının,  pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət.
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik.

Tələblər:

• 25-35 yaş həddi ,
• Minimum 5 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi
• Komputer bilikləri - MS office, 1C 8.2
• ACCA , IFSR üzrə sertifikatlar üstünlük verilir
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “Baş Mühasib” qeyd etməklə göndərə bilərlər.

site.company_rating