Vəzifə: İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Şirkət: Ayma Alyans QSC (Sinteks Şirkətlər Qrupu)
Sahə: Xidmət
Əsas vəzifə öhdəlikləri:
• İnsan Resursları üzrə mütəxəssislərin yönləndirilməsi
• İşçi heyətin əmək qanunvericiliyinə uygun rəsmi qeydiyyatı və hər bir dəyişikliklərin rəsmiləşdirilməsinin təmin edilməsi
• Kadrlar üzrə elektron məlumat bazasının aparılması və əməkdaşların şəxsi işlərin (fayllar) qaydada saxlanmasını təmin etmək
• Qanunvericilikdə və şirkət daxilində nəzərdə tutulan hesabatların vaxtında təhvil verilməsini təmin etmək
• İşçilərə Şirkətdə əmək fəaliyyətilə əlaqədar arayışların, xasiyyətnamələrin, ezamiyyə vərəqələrinin hazırlanması
• Vakansiyaların elan edilməsi, işçi seçiminin həyata keçirilməsi
• Həftəlik, aylıq və illik Rekruitinq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
• İşçilərin qiymətləndirilməsi
Tələblər:
- Ali təhsil (İnsan Resursları və ya Hüquq sahəsində təhsil arzualunandır)
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Elektron hökümət portalı ilə işləmə bacarığı
- İnsan Resursları sahəsində azı 5 il iş təcrübəsi
- Rus və ingilis dilini bilməli
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “İnsan Resursları üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.