Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis
Şirkət: Ayma Alyans QSC (Sinteks Şirkətlər Qrupu)
Sahə: Xidmət
Əsas vəzifə öhdəlikləri:
• İşçi heyətin sənədlərinin toplanması, əmək qanunvericiliyinə uygun rəsmi qeydiyyatı və hər bir dəyişikliklərin rəsmiləşdirilməsi
• Kadrlar üzrə elektron məlumat bazasının aparılması və əməkdaşların şəxsi işlərin (fayllar) qaydada saxlanması
• Qanunvericilikdə və şirkət daxilində nəzərdə tutulan hesabatların hazırlanması və vaxtında təhvil verilməsi
• İşçilərin iş vaxtının uçotu tabelinin hazırlanması, məzuniyyətin rəsmiləşdirilməsi
• İşçilərə Şirkətdə əmək fəaliyyətilə əlaqədar arayışların, xasiyyətnamələrin, ezamiyyə vərəqələrinin hazırlanması
Tələblər:
- Ali təhsil (İnsan Resursları və ya Hüquq sahəsində təhsil arzualunandır)
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Elektron hökümət portalı ilə işləmə bacarığı
- İnsan Resursları sahəsində azı 2 il iş təcrübəsi
- Rus və ingilis dilini bilməsi üstünlükdür
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini [email protected] ünvanına mövzuda “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.