Məişət texnikasının təmiri üzrə mühəndis və ustalar

İşin təsviri

"Optimal Elektronika" MMC  mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika " Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

Vakansiya: Məişət texnikasının təmiri üzrə mühəndis və ustalar

Tələblər:

- Təhsil : Ali və ya Orta.
- İş stajı : müvafiq sahədə ən azı 5 il.
- Müştərilər ilə ünsiyyət qurmaq bacarığı.
- Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olmaq.
- Punktuallıq və disiplinli olmaq

Əsas vəzifələr:

- Məişət avadanlıqlarının təmiri
- Sifarişləri vaxtında və dəqiq yerinə yetirmək
- Müştərilərlə ünsiyyət bacarığı
 
İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
• Həftədə 6 iş günü, 1 gün istirahət.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məişət texnikası ustası” qeyd edərək öz CV-lərini və ya əlaqə nömrələrini [email protected]  elektron ünvanına göndərə bilərlər.

Suallar üçün telefon nömrəsi: 055-909-11-99

site.company_rating