Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR
Namizəd aşağıdakı tələblərə cavab verməlidir:
• Ekoloji siyasət, təbiət elmləri, ətraf mühit və ya digər əlaqədar sahədə ali təhsil;
• Beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən oxşar layihələrdə ətraf mühitin idarə olunması, ekoloji və sosial təhlükəsizlik qaydalarına əməl olunmasının yoxlanması sahəsində ən azı beş il iş təcrübəsi;
• Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrdə tətbiq olunan ekoloji və sosial təhlükəsizlik qaydalarının monitorinqi ilə bağlı təcrübəyə malik olanlara üstünlük veriləcək;
• Ətraf mühitin monitorinqinin aparılması və bununla bağlı hesabatların hazırlanması üzrə təcrübə; və
• Azərbaycan dilini mükəmməl bilmək və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]
Maraqların ifadəsi üzrə bildiriş D/28.1-MX. Sənədlər cari ilin dekabr ayının 2-i saat 18:00-dək qəbul edilir.