Vəzifə adı: İT Dəstək Qrupu Mütəxəssisi
İş şəraiti və əmək haqqı:
1. Ofis daxili.
2. Nahar şirkət tərəfindən verilir.
3. Əmək haqqı – Namizədin biliyi yoxlanılaraq razılaşma yolu ilə
4. İş rejimi: Həftənin 5 günü, 6-cı gün natamam iş günü.
Namizədə qoyulan tələblər:
• Ali təhsil (tətbiqi riyaziyyat, informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir).
• İnformasiya Texnologiyaları sahəsində texniki dəstək qrupunda ən azı 1 illik iş təcrübəsi.
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə əsas, informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair baza biliklərinə malik olmalı.
• Biznes proseslərin idarə edilməsi haqqında biliklər.
• Analitik və alqoritmik düşünmə qabiliyyəti, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı.
• Oxumaq, öyrənmək qabiliyyəti.
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
• Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi və operativ cavablandırma qabiliyyəti.
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.
Vəzifə öhdəlikləri:
• Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
• ServiceDesk proqram təminatı vasitəsi ilə aldığı sorğuların monitorinq olunması və operativ optimal şəkildə emal olunması.
• Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
• Şirkət daxili istifadəçi kompüter və printer avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] adlı email ünvanına göndərəsiniz.
Göndərilən CV lərdə mövzu adı yerində “İT Dəstək Qrupu Mütəxəssisi“ yazılmalıdır.