İnformasiya texnologiyaları üzrə texniki dəstək qrupunun Rəhbəri

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya texnologiyaları üzrə texniki dəstək qrupunun rəhbəri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya Texnologiyalarında texniki dəstək, xidmət, informasiya təhlükəsizliyi və ya buna oxşar sahədə ən azı 5 illik iş təcrübəsi;
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə əsas, informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair baza biliklərinə malik olmalı; 
• Microsoft üzrə sertifikatlara habelə ITIL, COBIT kimi professional sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) 31 oktyabr 2016-cı il saat 18:00-dək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.4-MX