Növbə Rəisi (İstehsalat-Qida Sənayesi)
Tələblər:
1. Yaş: 25 -35yaş arası
2. Cinsiyyət: kişi
3. Təhsil: Ali, orta – orta ixtisas
4. Növbəli iş
5. Tələb olunan biliklər:
• Mexanikanın əsas prinsiplərin bilikləri
6. İş təcrübəsi
• Minimum 3-5 il istehsalat sahəsi üzrə təcrübə
İş haqqında:
1. İstehsalat sahəsinin fəaliyyətinə rəhbərlik edir;
2. Növbə rəisi İstehsalat sahəsinin vaxtında istismara hazırlanmasını, xammalın qəbulu, saxlanılması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasına, növbə ərzində sexdaxili bütün məhsulların vaxtında, ahəngdar və yüksək keyfiyyətlə istehsalı prosesinə nəzarət edir, avadanlıqların tam işlək vəziyyətdə olmasına nəzarət edir, kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, tekniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasına nəzarət edir, müvafiq xammalın itkiyə verilməməsinə, işçilərin işə məsuliyyətlə yanaşmasına, məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına nəzarət edir;
3. Növbə rəisi əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə (yanğınsöndürənin) vasitələrinin işlək vəziyyətdə olmasına və istehsalat sanitariyası qaydalarına əməl edilməsinə nəzarət edir;
4. Sanitar-gigiyena və yoluxucu - epidemioloji xəstəliklərə qarşı norma və qaydalara əməl olunmasına, istehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə, işçilər tərəfindən texnoloji təlimatlara və digər normativ-texniki sənədlərə əməl olunmasına nəzarət edir;
5. Növbə rəisi növbə ərzində baş verən hadisələrin (avadanlığın sıradan çıxması, onların təmiri və ya yeniləri ilə əvəz olunması və s.) barədə İstehsalat müdirini məlumatlandırmalı, növbə ərzində olan bütün hadisələr barədə İstehsalat müdirinə yazılı məlumat verməlidir.
Yalnız tələblərə uyğun olan şəxslərlə əlaqə saxlanılacaqdır. CV göndərərkən "Növbə rəisi (İstehsalat-Qida Sənayesi)" sözünün yazılması mütləqdir, əks halda CV-niz baxılmamışlara əlavə oluna bilər. CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.