İnformasiya təhlükəsizliyi və risklərin idarəolunması üzrə Mütəxəssis

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya təhlükəsizliyi və risklərin idarəolunması üzrə mütəxəssis vəzifəsinə
MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 illik, informasiya texnologiyaları sahəsində ən azı 5 illik iş təcrübəsi;
• İnformasiya texnologiyalarının auditi (CISA), informasiya təhlükəsizliyi sahəsində ISO 27001 kimi beynəlxalq standardlara dair biliklər; 
• ITIL, COBIT, Informasiya Texnologiyalarının idarəolunması üzrə sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək;
•  Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected] 

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.11-MX

Sənədlər cari ilin iyul ayının 8-i saat 18:00-dək qəbul edilir.