Planlama Müdiri (Sumqayıt)

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 11.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Planlama müdiri

İşə götürən: Azertexnolayn MMC

İş yeri: Sumqayıt/Azərbaycan

İş haqqında məlumat:

Yaş həddi : 25-40
Cinsi:  : fərqi yoxdur
Təhsili  : Ali təhsil (planlama, sənaye mühəndisliyi, iqtisadiyyat və s.)
İş təcrübəsi : 3 ildən az olmayaraq istehsalat təcrübəsi
Kompüter biliyi : Planlama proqramları (MS Project)

Görəcəyi işlər:

• Şirkətin təyin etdiyi hədəf və məqsədlər çərçivəsində istehsalat hədəfinin həyata keçirilməsinə imkan verən illik, aylıq, həftəlik və günlük istehsalat planının tərtib edilməsi və həyata keçirilməsini təmin etmək;
• Müştərilərdən gələn periodik (aylıq, həftəlik, günlük və s.) göndərilmə,tələb və ya proqramlarla istehsalatdan gələn məlumatlara əsasən göndərilmə planlarının tərtib edilməsi;
• İstehsalatın təyin olunmuş planlar əsasında istənilən vaxt və miqdarda, təyin olunmuş xüsusiyyətlərdə məhsul istehsal etməsini təmin etmək,
• İstehsalat qaynaqlarının ən səmərəli şəkildə istifadəsini təmin edərək dəzgah-işçi səmərəliliyinin təhlilləri, dəzgah boşdayanma hesabatı, xammalın istifadə və ehtiyac hesabatlarının tərtib edilmısi;
• Maya dəyəri və zay məhsul faizinin aşağı salınması fəaliyyətlərində iştirak etmək. Müddətlərə yönələn darboğazları, məhsuldarsızlıqları və israfları təyin etmək və yaxşılaşdırmaq;
• Xammal, yarım fabrikat və materialların anbar vəziyyətini təqib etmək, müştəri sifarişlərinə görə təhcizata sifariş vermək;
• Yalın istehsalat sisteminin inkişaf etdirilib izlənilməsini təmin etmək;
• Planlama hesabatlarını hazırlamaq, istehsalat və istehsalat planlamada ortaya çıxan kənarlaşmaları və nöqsanları təqib edərək aradan qaldırlması üçün qabaqlayıcı tədbirlər həyata keçirilməsini təmin etmək;

Qabiliyyət-Bacarıq:

• Nəzəri biliklərini İstehsalata yansıda bilmə qabiliyyəti;
• Sahədə şöbələrarası əlaqəni qurma qabiliyyəti;
• Fikir və düşüncələrini açıq və sərbəst ifadəetmə bacarığı;
• Metallurgiya sahəsində məlumatlı olmalı;
• Çalışdığı zavodda istehsal texnalogiyasi haqqında biliyi olmalı və məhsulları tanımalı;
• Əməyin mühafizəsi, Sanitar və Ətraf mühitin  mühafizəsi qaydalarını bilməli:

E-mail: [email protected]

Azertexnolayn tərəfindən digər vakansiyalar