Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Subroqasiya şöbəsinin mütəxəssisi
Namizədə tələblər
• Yaş: 23-30;
• Cinsi: kişi və ya qadın;
• Təhsil: Ali hüquq təhsili;
• İş təcrübəsi: hüquq sahəsi üzrə min. 1 il;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla)
• Kompüter bilikləri: MS Office
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı;
• Nitq mədəniyyəti;
• Məsuliyyətlilik;
• Yüksək təhlil qabiliyyəti;
• Araşdırma bacarıqları;
• Komandada işləmək bacarığı;
• Gərgin iş və stresə davamlılıq.
Əsas vəzifə öhdəlikləri
• Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
• Şirkətin struktur bölmələrinə hüquqi yardım göstərilməsi;
• Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və rəy verilməsi;
• Hüquqi məsələlərlə bağlı sorğuların cavablandırılması;
• Zərurət olduqda Şirkətin üçüncü şəxslər qarşısında təmsil edilməsi.
İş şərtləri
• Əmək müqaviləsi
• İş vaxtı 09:00 - 18:00
• İş günü – 5/2
• Əmək haqqı: 500-600 AZN
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər
(məktubun mövzu bölməsində Hüquqşünas qeyd etmək mütləqdir).