Biznesin İnkişafı Departamentinin Direktoru

İşin təsviri

“Caspian Development Bank CDB” ASC

Biznesin İnkişafı Departamentinin Direktoru

İşin təsviri:

• Bankın marketinq fəaliyyətlərinin idarə edilməsi, Bankın bu sahələrdə strategiya və siyasətinin müəyyən edilməsi;
• Bankın strateji inkişaf planından və taktiki planlarından irəli gələn işlərin həyata keçirilməsi;
• Müvafiq departament və şöbələr ilə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
• Bankın brendinin gücləndirilməsi və imicinin yüksədilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
• Yeni məhsulların yaradılması və şərtlərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması və tətbiqi;
• Departamentin müvafiq şöbəsi ilə birgə müxtəlif növ marketinq araşdırmalarının və təhlillərinin təşkili və həyata keçirilməsi;
• Departamentin müvafiq şöbəsi ilə birgə marketinq proqramlarının, reklam və PR kompaniyalarının / aksiyaların hazırlanması və keçirilməsinin təşkili;
• Müxtəlif biznes və sosial xarakterli tədbirlərdə Bankın təmsil edilməsi;
• Departamentin müvafiq şöbəsi ilə birgə filiallarda marketinq işinin təşkilində reklam və PR dəstəyinin təmin edilməsi;
• Bankın cari və potensial tərəfdaşları ilə marketinq sahəsində əlaqələrin qurulması, əməkdaşlıq layihələrinin və reklam / PR aksiyalarının hazırlanması və tətbiqi.

Namizədə olan tələblər:

• Marketinq, iqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Marketinq sahəsində minimum 7 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi (bank təcrübəsi arzuolunandır);
• CIM/PCM/NIMA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahibolmaq;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin İnkişafı Departamentinin Direktoru) göstərməyiniz xahiş olunur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız yuxarıda qeyd edilmiş tələblərə uyğun olan və ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaqdır.