Daxili Audit Departamentinin rəhbəri

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 17.01.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Daxili Audit Departamentinin rəhbəri

Vəzifə öhdəlikləri:

DAX fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;

DAX-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;

Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;

Risk qiymətləndirməsinin əsasda auditin icrası;

DAX planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olmaq;

Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;

Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;

Bütün DAX yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;

DAX-nın fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;

DAX tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;

Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;

Sığorta fəaliyyətinin qanunauyğunluğunu yoxlamaq;

Təhsil:

Ali təhsil (Hüquq və ya İqtisadi sahədə) 

İş təcrübəsi:

Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi
"Böyük Dördlük" ("BIG 4")  təcrübəsi olanlara üstünlük veriləcək.

Biliklər:

MS Office proqramları (xüsusilə Excel);
Azərbaycan və İngilis dilllərini yüksək səviyyədə bilmək

Xüsusi bacarıqlar:

Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
Müstəqilliyini qorumaq qabiliyyəti;
Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
Audit rəyləri hazırlama və yazma bacarığı;
Sığorta Fəaliyyəti Haqqında Qanunda müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlmək;

Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi [email protected]  elektron ünvanına göndərin.