Bakı şəhərində yerləşən filiallar üzrə Kredit eksperti

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 23.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  Bakı şəhərində yerləşən filiallar üzrə “Kredit eksperti” vəzifəsinə təcrübəçiləri seçim prosesinə dəvət edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Bankın kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
• Marketinq funksiyasını həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək;
• Müştərinin ərizəsini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
• Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
• Fəaliyyətinə dair hesabatlar vermək.

Namizədə qarşı tələblər:

• Qarşı tərəfə təsir etmək;
• Motivasiya və satış həvəsinə sahib olmaq;
• Yüksək ünsiyyət və nitq bacarıqlarına sahib olmaq;
• Stresə dözümlülük və stresi idarə etmək;
• Müxtəlif müştəri tiplərinə görə yanaşmalar tətbiq etmək;
• Münaqişəni idarə etmə və qarşı tərəfi sakitləşdirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bakı şəhərində yerləşən filiallar üzrə Kredit eksperti” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.