CNFA şirkəti
Vebsayt və reklam-təbliğat materiallarının hazırlanması vasitəsilə meyvə və tərəvəz sahəsi üzrə marketinq dəstəyinin göstərilməsi üçün
Təkliflərin təqdim edilməsi üçün (RFQ) #CNFA-AZ-13 saylı sorğunu elan edir
1. Alıcı haqqında məlumat:
Alıcı: CNFA şirkəti
Əlaqə üçün şəxs: Könül Vəliyeva
Şəhər: Bakı
Email: [email protected]
2. Satınalmanın predmeti:
Marketinq və kommunikasiya dizaynı.
Məhsullar iki əsas hissəyə bölünəcək: a) elektron və b) çap materialları
i) Kompüter qrafikası məhsulları:
(a) Yeni brend konsepsiyası (yalnız yeni loqonun qrafik obrazı daxil edilməlidir, brend buk tələb olunmur)
(b) Elektron loqo (rəng kodları daxil olmaqla);
(c) Vebsayt;
(d) Firma blankı.
ii) Çap/reklam-təbliğat materialları:
(a) İki tərəfli rəngli bukletlər (3 dəfə qatlanan, 170 qr mat kağız üzərində, 297x210 mm, 300 ədəd)
(b) Vizit kartları (300 ədəd ikitərəfli vizit kartları, 350 qr kağız üzərində).
3. Digər şərtlər:
Bu tenderin şərtləri və digər məlumatlar daxil olmaqla bütün tender sənədləri maraqlı Biznes Xidmətləri Təminatçılarına və məsləhətçilərə aşağıda göstərilmiş elektron ünvanına qəbul olunan müraciətlər əsasında göndəriləcək:
[email protected]
Müraciətlərin son qəbul olma tarixi və vaxtı: 12 Noyabr 2015 –ci il, Bakı vaxtilə saat 18:00.
Təkliflərin son qəbul olunma tarixi və vaxtı: 17 Noyabr 2015-ci il, Bakı vaxtilə saat 18:00.