Baş Direktor

  • Azman MTK
  • Elanın qoyulma tarixi: 26.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

"AZMAN Co." şirkəti rəsmi qeydiyyatdan 2008-ci ilin iyun ayında keçmişdir. Lakin şirkətin aktiv fəaliyyətinə bir il sonra, 2009 cu ilin iyun ayından start verilmişdir. Qısa müddət ərzində şirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə etmişdir. Artıq bu ilin sentyabr ayında şirkətin Badamdarda yerləşən satış salonu motosiklet həvəskarlarının istifadəsinə verilmişdir. Bu satış salonunda təqdim olunan bütün texnikaya zəmanət verilir ki, həmçinin salonun nəzdində texniki xidmət mərkəzi də fəaliyyət göstərir.
2009-cu ilin noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində əldə olunmuş razılığa əsasən, "AZMAN Co." şirkəti Avropanın və Amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim edəcək.

Vəzifənin adı: “AZMAN CO” Şirkətinin Baş Direktoru

Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli

Ə/h: 1400-1600 AZN

İş qrafiki: 6 günlük
09:30-18:30

VƏZIFƏ FUNKSIYALARI

• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnaməsinin tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
• Şirkətin Baş direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
• Baş Direktor Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etməlidir.

Namizəddən Tələblər:

Motorsikletlər barədə anlayışı olması
Motor bazarını bilməli;
Satış bacarıqlarının olması
Sərbəst işləmə bacarığı və qərar qəbul etmə bacarığının olması;
İdarəetmə keyfiyyətinin olması və tabeçiliyində olan əməkdaşlarla sıx iş birliyi;

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected][email protected]  ünvanlarına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Baş Direktor-AZMAN) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.