Korporativ Bankçılıq Departamentinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 25.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  Korporativ Bankçılıq Departamentinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Korporativ kredit satışlarının idarə edilməsi;
• Filiallar üzrə korporativ kredit satışlarına nəzarət;
• Filiallarda korporativ kredit satışı potensialının araşdırılması və onun reallaşdırılması ilə bağlı filiallarla birgə işin aparılması;
• Korporativ mütəxəssislərin fəaliyyətinə nəzarət və onların potensialının artırılması.

Namizədə qarşı tələblər:

• Kommersiya, Maliyyə, Biznes İdarəedilməsi sahələri üzrə ali təhsil; (MBA və digər peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir);
• 3 illik maliyyə, kredit, strateji, biznesin inkişafı sahəsində təcrübəyə malik olmaq;
• Təşkilatçılıq bacarıqlarına sahib olmaq;
• Kredit təhlili və riskin idarəedilməsi üzrə bilik və bacarıqlara malik olmaq;
• Satış və müştəri xidməti üzrə bacarıqlara sahib olmaq;
• İngilis və Rus dillərini sərbəst bilən namizədlərə üstünlük verilir;
• Təqdimat bacarıqlarına malik olmaq;
• MS Office proqramlarında (xüsusilə MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ Bankçılıq Departamentinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.