Hesabatlıq və Təhlil şöbəsinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 03.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Maliyyə Nəzarəti Departamentində Hesabatlıq və Təhlil şöbəsinə mütəxəssis qəbulu elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

 Yeni və mövcud məhsulların maliyyə təhlili, bankın gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması
 İdarəetmə mühasibatlığının aparılması (ABC costing)
 Bankın bütün struktur bölmələrindən və filiallardan statistik məlumatların toplanması və təhlili;
 Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;

Namizədə qarşı tələblər:

• Təhsil: Ali – maliyyə, mühasibatlıq, iqtisadi;
• Maliyyə üzrə beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsi üstünlükdür;
• Elektron maliyyə programları üzrə bilik və işlətmə bacarığına sahib olmaq;
• Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
• Komandada və fərdi işləmək qabiliyyəti;
• Tez və düzgün qərar vermək bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər, rus dilləri bilənlərə üstünlük veriləcək;
• Microsoft Office proqramlarında işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hesabatlıq və Təhlil şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.