Vakansiyanın adı: Texniki İşlər Rəisi (İstehsalat)
İş haqqında məlumat:
Yeni avadanlıqların qurulmasını və ya prosesin gedişatı zamanı avadanlıq və təchizatların layihələndirilməsi, yerləşdirilməsi, montajı və demontajını təşkil etmək;
Prosedura və iş təlimatlarının hazırlanmasında iştirak etmək və proses zamanı bu qaydalara əməl olunmasına nəzarət etmək;
Dəzgahların köhnəlmə müddətini nəzərə alaraq minimum sayda ehtiyat hissələrinin anbar sayını planlamaq, mövcud sayı Unity proqramına daxil etmək, minimum həddə çatan hissələr barədə rəhbərliyi məlumatlandırmaq və sifariş verilməsini təşkil etmək;
Emal ediləbilən ehtiyat hissələrini, texniki vəsaitləri təsbit edib emalatxanada istehsalını təşkil etmək;
İstehsalat planına əsasən istehsalatın maksimal məhsuldarlıq şəraitində keçməsi üçün texniki işçiləri təlimatlandırmaq, yönləndirmək və nəzarət etmək.
Namizədə aid tələblər:
22-50 yaş arasında kişilər
Texniki sahədə ali təhsilli olması;
MS Office, Unity və Outlook proqramlarından istifadəni bilməsi;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olması;
Buxar, soyutma, elektrik və su xətləri barədə məlumatlı olması;
Diqqətli və məsuliyyətli olması;
İş yeri bölgədə olacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 30.09.2015-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Texniki İşlər Rəisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.