Satış və Xidmətlər üzrə Agent (Salyan rayonu)

  • Azerfon
  • Elanın qoyulma tarixi: 19.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Satış və Xidmətlər üzrə Agent (Salyan rayonu)

Əsas vəzifə və öhdəliklər:

• Daxili prosedur, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən satış məntəqəsi vasitəsilə xidmətlərin təmin edilməsi
• Azerfon tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatın olması
• Müştəriləri yüksək səviyyədə satış və xidmətlə təmin etmək
• Satış və xidmətlərlə bağlı müştərilərin çətinliklərini həll etmək və şikatətlərini qeyd almaq

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Davamlı  təkmilləşmə
• Ünsiyyət qurma bacarığı
• Təzyiq altında işləmək bacarığı
• Potensial problemlərin həlli
• Keyfiyyətə fokuslanma
• Siyasət və prosedurlar
• Özünə inam
• Məhsul haqqında biliklər

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali / Orta təhsil
• Xidmət sahəsində təcrübəsi olana üstünlük verilir
• MS Office proqramlarını bilmək
• Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini orta səviyyədə bilmək

Əlavə məlumat:

İş yeri Salyan şəhərində yerləşən Nar Satış və Xidmət Mərkəzində olacaqdır
Yalnız Salyan və yaxın ərazilərdə yaşayan namizədlərin müraciətləri nəzərə alınacaqdır
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 05.09.2015

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Satış və Xidmətlər üzrə Agent (Səlyan rayonu) qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.