It Assistant
“Sinteks” Şirkətlər Qrupunun cari fəaliyyəti Qafqaz və Orta Asiya ölkələrində Dəb / Zərgərlik / Qida və İçki məhsullarının pərakəndə satışından ibarətdir. Şirkət bazarda 500-dən çox brendi təmsil edir.
Öhdəliklər:
1. Mağaza və anbara məxsus bütün kompyuter, planşet, printer, skaner, kamera, oğurluğa qarşı sistemlər, akustika, sayğac və video sistem avadanlıqıarın işinin fəaliyyəyinin fasiləsizliyinin təminatı. Kompüterdə və avadanlıqlarda hər-hansı nasazlıq baş verdikdə problemi həll etməli, mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməlidir. Printerlərdə katriclərin dəyişdirilməsi, skanerlərin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamalıdı. Vaxtlı vaxtında katriclərin doldurmalısı təmin etməlidir. Oğurluğa qarşı sistemlərin normal işinin təminatı və vaxtaşırı onların servisdən yoxlanmasının təmin etməlidi. Kameraların işlək vəziyyətdə olmasın təmin etməlidir. Musiqi sistemləri və quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasın təmin etməlidir
2. Mağazalarda olan xarici və daxili telefon sistemlərinə nəzarət edir(mini-ATS), lazım gəldikdə beynelxalq rabitə çıxışı, internet çıxışın təmin edir və nəzarətini həyata keçirir. Hər hansı problem və ya nasazlıq yarandıqda problemin yerində həll etməli, problemin həlli mümkün olmadıqda aidiyatı təşkilata (telefon qovşağı, internet provayder və s.) xəbərdarlıq etməlidir
3. Mağazada və anbarlarda olan satış avadanlıqları əl skanerləri, POS-printerlərin işlək vəziyyətdə olmasın təmin etməlidi
4. LAN, WAN, WiFi şəbəkələrin işinin təmin olunması. Mağaza və anbar daxili simli və simsiz şəbəkə avadanlıqlarının normal işini təmin etməli, hər hansı bir nasazlıq yarandıqda qısa müddətə aradan qaldırmalıdır. İnternet çıxışını fasiləsizliyinə nəzarət eləməlidir, hər hansı səbəbdən internet çıxışı olmadıqda problemin qısa müddətdə həllini təmin eləməlidir. İnternet trafiki yüklənməsi haqda məlumat toplanması, qeyri iş məqsədi ilə internet çıxışından istifadə halları üzə çıxdıqda lazimi tədbirləri görməli, mağazaya və anbara aid olmayan icazəsiz şəbəkəyə qoşulan avadanlıqların (mobil telefon, planşet və s.) bloklanmalıdır
5. Yeni açılan iş yerlərini (mağaza, anbarı, işçilər) kompyuter avadanlığı, printer və lazım gəldikdə skanerlərlə işini, satış üçün lazım olan inventarlar (əl skanerləri, POS printerlər) şəbəkəyə girişini telefon və internet çıxışını, kameralar quraşdırılmasın, oğurluğa qarşı sistemlərin, sayğac sistemlərin quraşdırılmasın təmin etməlidir. Yeni obyektin açılış tarixinə kimi ən azı bir ay qalmış həmən obyekti telefon və internet xidməti ilə təmin etməli, aidiyyatı təşkillatlara müraciət etməlidir. Fəaliyyətdə olan obyektdə işcinin işə gəlməsi və ya komputer avadanlığı, telefon çıxışı təmin olunması zəruriyyəti yarandıqda, məlumat daxil olduqdan və həmən işcinin iş yeri təyin olunduqdan sonra, 3 iş günü həmən işçini kompüter avadanlıqları, printer, skanerlərlə və s. avadanlıqlarla işləməsini təmin etməlidir. Komputerdə elektron poçt proqramını işlək vəziyyətdə olmasın, imzanın olmasını təmin etməlidir
6. İstifadəçilərin istifadəsində olan poqram təminatlarının normal fəalliyəti, lisenziya tələb edən proqram təminatların müddətin vaxtlı-vaxtında uzadılmasın təmin etməlidir.
7. Texniki invenarlaşmanı vaxtlı vaxtında aparmaq. Mağaza və anbarlarda olan texniki avadanlıqların siyahısı tutmalı, işə qəbul olan və işdən azad olunan şəxslərdən texniki inventarı təhvil verib və qəbul etməlidir. İnventarlaşdırılma keçirildikdə aidiyatı olan şəxsləri inventarlar barədə siyahını təqdim etməlidir
Əlaqə:
Uyğun namizədlərdən CV-lərini [email protected] ünvanına, mövzu yerinə vakansiyanın və saytın adını qeyd etməklə göndərmələri xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.