Merçendayzer

İşin təsviri

Şirkət haqqında məlumat:
 
Novco Group of Company” şirkəti Azərbaycanın brend bazarında liderlik edən  şirkətidir. Biz Bakı sakinlərinə dünya şöhrətli brendləri :

UNITED COLORS OF BENETTON, UNITED COLORS OF BENETTON 012, SISLEY, TOMMY HILFIGER, ACCESSORISE, BEBE, COAST, LIU JO, NINE WEST, PABLOSKY, MONNALISA, və s. brendləri  təqdim edirik.
 
Vəzifə: Merçendayzer
 
Əsas vəzifə və funksiyaları:
 
1.Mağazaların işinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin təqdim edilməsi;
2.Mağazalarda və obyektlərdə satışa çıxarılan malların brendlərin müəyyən etdiyi qaydalar əsasında, müasir və dəbli üsullardan istifadə  edərək  yerləşdirilməsini təşkil edir;
3.Rəng və üslubun qorunması ilə vitrin və manikenlərin bəzədilməsini təşkil edir;
4.İnteryerin qurulması zamanı bayram və mövsümi atributları istifadə edir;
5.Rəf və asılqanların, lövhə və pəncərələrin (vitrinlərin) işıqlandırılması, reklam materialları, baner və  endirim lövhəciklərin, avadanlıqların, lektron tabloların, siqanlizasiya sistemlərinin  yenilənməsi  və quraşdırılması işlərini təşkil edir. Bunun üçün aidiyyəti sifarişləri verir. Elketron avadınlaların quraşdırılması işlərinə nəzarət edir;
6.Malların yerləşdirilməsi ilə bağlı Mağaza menecerlərinə tövsiyələr verir, onların təkliflərini nəzərdən keçirir. Vaxt aşırı mağazalara baxış keçirərək,  müəyyən edilmiş tərtibatın qorunub saxlanmasını təmin edir; Tərtibatı pozan mağazalar barəsində  menecerinə təqdimat verir;
7.Şəxsən vitrin bəzədilməsi (qurulması) , mankenlərin geyindirilməsini təşkil edir, müəyyən hallarda  digər merçendayzer və mağaza heyətindən istifadə  edir. Bu işləri yerinə yetirərkən brend menecerlərlə birgə iş qurur;
8. Mağaza interyerinin (dizayının) müəyyən edilməsi üçün brend menecer və mağaza menecerləri ilə məsləhətləşir;
9.Reklam promosiyonlarda PR mütəxəssisilərinə köməklik edir;
10.Cari kompaniyaların şərtlərini bilir və  mağazalar tərəfindən əməl olunması  üçün təkliflər verir.
 
İş şəraiti və əmək haqqı:

1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət.
2. Ödənişli təlimlər( ölkə daxili və ölkə xarici)
3. Mybrands mağazlarında endirimli alış- veriş etmək üçün endirim kartı.
4. 450-750 arası maaş

Kandidat üçün tələb olunanlar:

• Brend mağazalarda ən azı 2-5 il iş təcrübəsi;
• 22-40 yaş arası;
• Ali təhsil (arzu  olunandır);
• Rus, azərbaycan –sərbəst,
• Yüksək məsuliyyət hissi;
• kreativ yanaşma qabiliyyəti;
 
Maraqlananlardan xahiş olunur [email protected]  electron ünvanına öz CV lərinizi  göndərsinlər. Göndərilən CV lər mütləq şəkillə olmalıdır.  Mövzu adı “Merçendayzer “  olmalıdır.

Deadline-01 İyul 2015 il.

site.company_rating