AZERSUN HOLDING “Kürdəmir Süd Emalı Zavodu” MMC
Vakansiyanın adı: Mexanik
Azərsun Holdinq, Kürdəmirdə yerləşən “Kürdəmir Süd Emalı Zavodu” MMC üçün Mexanik vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:
İş haqqında məlumat:
Avadanlıq, təchizat və ehtiyat hissələrin emal lahiyələrini oxumağı və lahiyəyə uyğun montajını edə bilməli
Avadanlıq və təchizatların texnoloji lahiyəyə uyğun montajı,demontajı və yer dəyişdirilməsi qaydalarını bilməli
Avadanlıq, təchizat və ehtiyat hissələrin konstruktiv xüsusiyətlərini,iş rejimini və istismar qaydalarını bilməli
Proseslərdəki uyğunsuzluqların texniki səbəblərini bilməli ,lazımi tədbirlər almalı və uyğunsuzluqları aradan qaldırmalı
Namizədə aid tələblər:
22-45 yaş arasında kişilər
Texniki işlər sahəsində orta və ya ali ixtisas təhsilli olması;
MS Office və Unity proqramlarını bilməsi;
Texniki işlər sahəsində minimum 3 il təcrübə olması;
Diqqətli və məsuliyyətli olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 31.05.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mexanik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.