Vəzifənin adı: “AZMAN CO” Şirkətinin Baş Direktoru
İş təcrübəsi: Eyni vəzifədə ən az 3 il iş stajı
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli
İş vaxtı: I və V günlər 08:30-17:30, VI gün 08:30-16:30
Ə/h: 1600 AZN
VƏZIFƏ FUNKSIYALARI
• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnaməsinin tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
• Şirkətin Baş direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
• Baş Direktor Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etməlidir.
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda “AZMAN CO” Şirkətinin Baş Direktoru qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.